“AtaSığorta” ASC ilk 10 ayda 8 milyon 566 min manat sığorta haqqı toplayıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Şirkətin yığımları ötən ilin eyni dövründəki 8 milyon 767 min manatlıq göstəriciyə yaxındır.
Bu dövrdə ödənişlər isə illik müqayisədə 1 milyon 246 min manat (35,3%) artaraq 4 milyon 777 min manat olub. Ötən il ödənişlər 3 milyon 531 min manat idi.











