2018-ci il mart ayında “AtaSığorta” ASC-nin sığorta yığımları 1 mln. 502 min 84 manat olub. Fevral ayı ilə müqayisədə "AtaSığorta” ASC-nin yığımları 12,68% artıb, ödənişləri isə 29,13% azalıb.
Belə ki, 2018-ci il fevral ayında "AtaSığorta”nın yığımları 1 mln. 333 min 108 manat, ödənişləri 715 min 691 manat təşkil edirdi.
Şirkətdən verilən məlumata görə, ötən ay sığorta ödənişləri 507 min 181 manat təşkil edib. Başqa sözlə, şirkət yığımlarının 33,77%-ni ödənişlərə yönəldib. Ödənişlərin strukturunda kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üstünlük təşkil edir.