“AtaSığorta” şirkətinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş lisenziyanın məhdudlaşdırılması ilə bağlı maraqlı məqamlar ortaya çıxıb.
Belə ki, “AtaSığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Qoşqar Həsənov Palata tərəfindən şirkətin icbari avtomobil sığortası növü üzrə lisenziyasının məhdudlaşdılması ilə bağlı bəzi maraqlı məqamları açıqlayıb. Q.Həsənov “AtaSığorta” ilə əməkdaşlıq edən agentlər tərəfindən sığorta şəhadətnamələrində telefon nömrələrinin səhv yazılmasını ən qısa müddətdə işçi qrupu tərəfindən aradan qaldırılacağını bildirib.
FED.az xəbər verir ki, Qoşqar Həsənov bu barədə facecbook sosial şəbəkəsində müvafiq posta şərhində bildirib.
Şərhdə qeyd olunur:
“AtaSığorta”da müəyyən olunan nöqsan, agentlər tərəfindən yazılan telefon nömrələrinin səhv yazılması ən qısa müddətdə işçi qrupu tərəfindən aradan qaldırlacaq. Yenədə müştərilərimizə yüksək xidmət göstərməklə fəaliyyətimizdə belə halların təkrarlanmasına çalışacağıq. Heç kimə sirr ola bilmez ki, belə hallar bazarda hər bir şirkətin sığorta vasitəçiləri tərəfindən edilə bilinər. İnşhallah, sevinən insanlar, gələn həftə lisenziyanın bərpa olunamasına ya sevinər ya da məyus olar. Hamıya xoş niyyətlərinə görə təşəkkür edirik”.
Qeyd edək ki, “AtaSığorta” şirkətinin agentləri tərəfindən müştərilərlə bağlanan sığorta müqaviləsində müştərinin nömrəsi deyil, sığorta agentinin nömrəsi qeyd olunub. Belə hala kütləvi şəkildə rast gəlindiyi üçün AR Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən şirkətin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş lisenziyası ləğv edilib.
Xatırladaq ki, AR Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin 12 aprel 2019-cu il tarixli qərarı ilə “AtaSığorta” ASC-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş lisenziya ləğv edilib.
“AtaSığorta”nın lisenziyasının dayadırılması ilə bağlı – MARAQLI TƏFƏRRÜATLAR
12:47
13 Aprel 2019