Ölkənin aparıcı sığorta şirkətlərindən olan «AtaSığorta» sığorta növlərinin daha əlçatan olması məqsədilə online satışlara başlayır.
Şirkətdən FED.az-a verilən məlumata görə, dəyişən dünyada rəqəmsal transformasiyanın başlıca tələblərindən olan və müştərilərə geniş sığorta məhsullarına asan çıxışı təmin edən online satışların inkişaf etdirilməsi şirkətin yaxın gələcək üçün əsas hədəfləri sırasındadır.
Hazırda şirkətin rəsmi internet səhifəsində - www.atasigorta.az - 3 sığorta məhsulunun online satışı həyata keçirilir - səyahət sığortası, avtomobillərin kasko sığortası və nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası. Digər məhsulların online satışı üzrə aktiv işlər aparılır. Yaxın dövr ərzində Azərbaycanda populyar olan əmlak sığortası, fərdi tibbi sığorta, yük sığortası və digər sığorta növlərinin də online olaraq müştərilərə təqdim olunması nəzərdə tutulur.
AtaHolding şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir və bu il 15 yaşını qeyd etməyə hazırlaşır. Şirkət 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.
«AtaSığorta»dan yenilik - ONLİNE SATIŞLARA BAŞLAYIR
14:47
16 May 2019