Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan «Atasığorta» ASC şirkətin durumu və qarşıdakı planları ilə bağlı açıqlama verib. Şirkətin idarə heyəti sədrinin müavini Orxan Məmmədov FED.az-a bildirib ki, hazırda əsas plan könüllü sığorta növlərinin artırılmasıdır: «Çünki icbari sığortalar çox zərərlilir. Xəbər verildiyi kimi, yanvar ayının nəticələrinə görə, ölkə üzrə avtomobillərin icbari sığortasının zərərliyi 83%-ə çatıb».
Bu vəziyyəti nəzərə alaraq şirkət qarşıdakı dövrdə könüllü sığorta növlərini artırmağı planlaşdırır: «Artıq iki aydır ki, bununla bağlı işlərə başlamışıq. Söhbət nəqliyyat vasitələrinin könüllü sığortası, eləcə də əmlakların həm könüllü, həm də icbari sığortasından gedir. Bundan başqa inşaat montaj, məsuliyyət riskləri, yəni həm korporativ, həm də fərdi müştərilər üçün növləri inkişaf etdirləcək».
«Atasığorta»nın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı digər addım xərclərin optimallaşdırılması olacaq: «Fəaliyyətlə bağlı xərclərin optimallaşdırılmasını planlaşdırırıq, filial şəbəkəsi, baş ofis və sair xərcərin optimallaşdırılması nəzərdə tutulur. Çalışırıq ki, hər 1 manat sığorta haqqına düşən xərclər mümkün qədər azalsın».
Eləcə də bax: Avtomobilin icbari sığortası üzrə zərərlilik 83%-ə çatıb
Şirkət qarşıdakı dövrdə sığorta potfelində könüllü və icbari sığortaların payını dəyişməyə, yəni könüllü səığortanın payını artırmağa çalışacaq: «Bununla bağlı hədəfimiz 50/50-yədir. Amma obyektiv və subyektiv səbəblərdən könüllü sığortaların satışı elə də böyük deyil. Ona görə də bu ilin sonunadək nisbəti 40-60-a çatdırmağı hədəfləyirik».
Xərclərin optimallaşdırılması üçün satış üsullarına da yenidən baxılacaq, o cümlədən sığortanın onlayn satışına üstünlük veriləcək: «Onlayn satışda böyük potensial potensial görürük. Artıq onlayn satışına üstünlük veriləcək 8 sığorta növü müəyyən edilib. Bunların ikisinin - səyahət və kasko sığortasının onlayn satışı başlanılıb. Qalan sığortaların satışı iə tədricən onlayna keçəcək».
Şirkət optimallaşdırma tədbrləri çərçivəsində zərəri böyük olan icbari avtomobil sığortası siyasətinə də yenidən baxmağı planlaşdırır. Belə ki, bundan sonra icbari sığortada əsas diqqət regionlara yönəldiləcək, və reionlardakı sığortalar üçün motivasiyalar güclənldiriləcək. Regiondakı satışların artımına üstünlük veriləcək.
«Atasığorta»dan şirkətin vəziyyəti və planları ilə bağlı - AÇIQLAMA
14:35
19 Mart 2019