Azərbaycan sığorta bazarında öz dinamik inkişafı ilə seçilən “AtaSığorta” şirkəti nəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) növü üzrə növbəti iri həcmli ödənişini həyata keçirib.
Şirkətin Biznesin İnkişafı Departamentindən FED.az-a verilən məlumata görə, sığorta hadisəsi ilə bağlı daxil olmuş məlumat əsasında “AtaSığorta” şirkəti zərər çəkmiş müştərisinə 32 850 manat həcmində sığorta ödənişi həyata keçirmişdir.
Qeyd edəki, “AtaSığorta” şirkətinin KASKO sığortası məhsulu müştərilər tərəfindən ən çox müraciət edilən sığorta məhsullarından biridir. Şirkətin KASKO növü üzrə müştərilərə etdiyi sığorta ödənişlərinin həcmindən məlum olur ki, müştərilər “AtaSığorta”nın bu məhsuluna daha çox müraciət edir. Hazırda Azərbaycan sığorta bazarında “AtaSığorta” KASKO sığorta məhsulu üzrə ən sərfəli şərtlər təklif edən sığorta şirkətlərindəndir.
Xatırladaq ki, cari ilin 10 ayı ərzində “AtaSığorta” şirkəti tərəfindən nəqliyyat vasitələrinin könüllü sığortası üzrə müştərilərə ümumilikdə 600 000 manatdan artıq ödəniş verilib.
Azərbaycanda geniş filial şəbəkəsinə (14 filial, 12 nümayəndəlik və 30-dan artıq satış ofisi) malik olan “AtaSığorta” şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Şirkət müştərilərə 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri təklif edir.