Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən 08.01.2024-cü il tarixdən İdarə Heyətinin sədri vəzifəsinin icrası İdarə Heyəti sədrinin müavini Seymur Əliyevə həvalə edilmişdir.
FED.az xəbər verir ki, sığorta sektorunda satış sahəsində geniş təcrübəyə malik olan Seymur Əliyev sığorta sahəsində fəaliyyətinə 2011-ci ildə “AzSığorta” ASC-də başlamış, 2021-ci ildən “AtaSığorta” ASC-də işgüzar fəaliyyətini davam etdirmişdir.
Məlumat üçün bildirmək istəyirik ki, İdarə Heyətinin sədri Xətai İsmayılov 08.01.2024-cü il tarixdə işdən ayrılmışdır.