Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan «Atasığorta» 2018-ci ilin ilk yarısını zərərlə başa vurub.
FED.az “AtaSığorta”-nın “Mənfəət və Zərər” hesabatına əsasən xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri 10 milyon 419,5 min manat olub ki, bu məbləğin də 98,62%-i birbaşa sığorta üzrə yığımların payına düşür. Təkrar sığorta yığımları isə bu məbləğin 0,78% ni əhatə edir. Şirkətin investisiya gəlirləri 1 milyon 254,8 min manat olub.
“AtaSığorta”-nın əsas əməliyyat xərcləri 4 863,5 min manat olub ki, bu məbləğin də böyük hissəsi - 3 milyon 960,6 min manatı sığorta ödənişlərinin payına düşür. Təkrarsığortaya verilmiş sığorta haqları üzrə məbləğ isə 544,1 min manat, işlərin aparılması xərcləri isə 6 milyon 103,9 min manat təşkil edib. Yekunda cəmi xərclər 10 969,6 mln manat təşkil edib.
Yekunda, şirkət 2018-ci ilin ilk yarısını 2 milyon 349,6 min manat zərərlə başa vurub. Xatırladaq ki, şirkət 2017-ci ili 955,7 min manat mənfəətlə başa vurmuşdu.
FED.az “AtaSığorta”-nın “Balans” hesabatına istinadən bildirir ki, şirkətin cəmi aktivlər 2017-ci ilin yekunu ilə müqayisədə 0,83% azalaraq 29 milyon 452,8 min manat, cəmi kapital isə 15,24% azalaraq 14 mln manata enib.
Eləcə də bax: Azərbaycanda daxili səyahətlər də sığortalanacaq – ÖLKƏDƏ İLK DƏFƏ
Xatırladaq ki, sığorta şirkətlərinin bazar payı üzrə FED.az-ın renkinqinə əsasən, «Atasığorta» ASC 2,73% bazar payı ilə 21 sığorta şirkəti arasında 8-ci yeri tutur.
Şirkət yığımların həcmi renkinqinə görə, 21 şirkət arasında 8-ci yeri, sığorta ödənişlərinin həcmi renkinqində isə 8-ci yeri tutur.
"AtaSığorta"-nın 2018-ci il üçün yarımillik hesabatına buradan baxa bilərsiniz.
“AtaSığorta” yarım ildən zərərlə çıxdı - HEABAT
13:26
7 Sen 2018