Ölkənin aparıcı şirkətlərindən olan “AtaSığorta” şirkəti cari ilin yanvar ayı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
FED.az Azərbaycan Mərkəzi Bankın (AMB) rəsmi hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin yanvar ayı üzrə "AtaSığorta" şirkətinin yığımlarının həcmi 1,47 mln. manata çatıb. Şirkətin sığorta haqları portfeli müştərilərə təklif olunan sərfəli avtomobil, əmlak və digər sığorta növlərindən əldə olunan yığımların hesabına formalaşıb.
Hesabat dövründə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə müştərilərə ümumilikdə 0,575 mln. manat həcmində sığorta ödənişi verilib.
Azərbaycanda geniş filial şəbəkəsinə (14 filial) malik olan “AtaSığorta” şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Şirkət müştərilərə 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri təklif edir.