Sığorta

“Atasığorta” şirkətinə - YENİ TƏYİNAT

“Atasığorta” şirkətinə - YENİ TƏYİNAT | FED.az
16:39 3 Mart 2020

Atasığorta" şirkətinə yeni təyinat olub.

Eləcə də bax: “AtaSığorta” şirkətinə yeni departament direktoru - TƏYİN OLUNDU

FED.az xəbər verir ki, Elçin Eyvazov "Ata Sığorta" şirkətində Satışın təşkili və kordinasiyası şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, Elçin Eyvazov 1998-2002-ci il ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin, Ümumi İqtisadiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə 2001-ci ildən Dövlət Neft Şirkətində (SOCAR) Mühəndis olaraq başlamış, 2002-ci ildə isə “Azərkörpu” Tikinti Şirkətində SƏTƏM üzrə mühəndis vəzifəsində çalışıb.

2004-cü ildən isə sığorta sahəsində Satış Meneceri olaraq fəaliyyətimi davam edib. 2005-ci ilin May ayından “Standard İnsurance” Sığorta Şirkətində əvvəlcə Anderayter, 2008-ci ilin Yanvar ayından isə Avtonəqliyyat Sığortası Şöbəsinin Direktoru vəzifəsində çalışıb. 2016-ci ilin İyun ayından “Meqa Sığorta” ASC-də  “Mərkəz Filialı”nın müdiri, 2017-ci ilin fevral ayından isə Filial və Agent şəbəkəsinin İnkişafı İdarəsinin Direktoru vəzifəsində fəaliyyətimi davam etdirib. 2019-cu ilin avqust ayından “Baku Taxi Xidməti” MMC-də Marketinq və müştəri xidmətləri şöbəsinin müdiri vəzifəsində çalışıb. Bundan əlavə fəaliyyət göstərdiyim illər ərzində Azərbaycan Risk Peşəkarları Assosiasiyasının və Azərbaycan Sığortaçılar Assosiasiyasınında Monitorinq Qrupunun üzvü olub.

Fins

Banner
Banner

Digər xəbərlər