Ölkənin tanınmış sığorta şirkətlərindən olan “AtaSığorta” şirkəti cari ilin yanvar ayı üzrə uğurlu maliyyə nəticələri ilə yadda qalıb.
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü ilin yanvar ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, “AtaSığorta”nın peşəkar satış komandasının uğurlu fəaliyyəti nəticəsində şirkəti bu ilin ilk ayında təxminən 1 milyon manata yaxın sığorta haqqı toplayıb. Bu rəqəm isə ötən ilin yanvar ayının göstəricisi ilə müqayisədə 90 min manat və ya 10% çoxdur.
Hesabat dövründə şirkət sığorta hadisələri nəticəsində zərərçəkmiş müştəriləri də dəqqətdə saxlayıb. Belə ki, şirkət tərəfindən bu qəbildən olan müştərlərə ümumilikdə 293 min manat həcmində sığorta ödənişi verilmişdir. Sığorta ödənişləri qanunvericiliyin tələbinə uyğun olaraq gecikdirilmədən, opertaiv qaydada həyata keçirilmişdir.
“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verərək 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.
Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə şirkətin Çağrı Mərkəzi olan 936 24/7 rejimdə fəaliyyət göstərir.
Çağrı Mərkəzi - 936