Azərbaycanla Türkiyəni dərin tarixi köklər, sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Möhkəm təməllər üzərində qurulmuş qarşılıqlı inam, etimad eləcə də dövlətlərarası münasibətlərimiz və strateji tərəfdaşlığımız bu gün də yüksək səviyyədə davam etdirilir.
Məlum olduğu kimi iyulun 28-də Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrinə də yayılmışdır. Bunun nəticəsində qardaş ölkənin meşə fonduna ciddi zərər dəymişdir.
Yanğının ilk günündən etibarən Azərbaycan qardaş ölkəyə öz dəstəyini göstərib. Bu işin davamı olaraq, “AtaSığorta” şirkəti tərəfindən Türkiyədə yanğından zərər çəkmiş meşə fondunun yenidən bərpası məqsədilə qardaş ölkəyə dəstək olmuşdur.
Belə ki, “AtaSığorta” ailəsi tərəfindən hər bir əməkdaşın adından 1 ədəd ağac tingi Türkiyəyə hədiyyə olunub.
“AtaSığorta” olaraq inanırıq ki, ciddi zərər görmüş Türkiyə təbiəti tezliklə bərpa olunacaq!
“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. “AtaSığorta” ASC müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir. AtaSığorta şirkəti 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. Şirkət İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.
Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.