«AtaSığorta» daha geniş və rahat ofisdə müştərilərə xidmət göstərmək üçün baş ofisini yeni ünvana köçürmüşdür.
FED.az xəbər verir ki. Şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 124 ünvanında yerləşən yeni ofisində şirkət əməkdaşları və müştərilər üçün daha geniş maddi-texniki baza və digər müasir imkanlar yaradılmışdır.
“Böyük bir sığorta şirkətinin baş ofisinin dəyişdirilməsi mürəkkəb və çox vaxt tələb edən bir prosesdir. Şirkətin fəaliyyətində bir dəqiqəlik belə fasilənin verilməsi mümkün olmadığından bu mərhələli şəkildə həyata keçirilməli idi. Müştərilərimizə fasiləsiz xidməti təmin edərək bu günə köçürülmə ilə bağlı bütün işləri tamamladıq. Artıq müştərilərə yeni və daha rahat ofisimizdə xidmət etməyə hazırıq” - “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, yeni ofis şəhərin mərkəzində, əsas avtomobil yollarının kəsişməsində yerləşir. Bu da öz növbəsində müştərilərin şirkətə gəlmələrində rahatlığı təmin etməklə yanaşı şirkətin funksionallığına müsbət təsir edəcəkdir.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.