Mayın 8-də, saat 15:00-da “Atasığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: "Atasığorta" ötən ili - MƏNFƏƏTLƏ BAŞA VURUB
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə “Atasığorta” ASC-nin rəhbər şəxsin səlahiyyətlərinin uzadılması və digər məsələlər daxildir.
Həmçinin, mayın 27-də, saat 15:00-da isə “Atasığorta”nın baş ofisində səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Yığıncağın gündəliyinə şirkətin ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi, İdarə Heyətinin hesabatı, Direktorlar Şurasının hesabatı və auditor rəyi məsələləri daxildir.
Yığıncaqlar şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124 ünvanında yerləşən baş ofisində olacaq.