“AtaSığorta” ASC bu ilin ilk 8 ayı ərzində 6 milyon 670 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Şirkətin yığımları ötən ilin eyni dövründəki 7 milyon 78 min manatlıq göstəriciyə yaxındır.
Bu dövrdə ödənişlər isə illik müqayisədə 1 milyon 15 min manat və ya 39,3% artaraq 3 milyon 599 min manat olub. Ötən il ödənişlər 2 milyon 584 min manat idi.