Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan "AtaSığorta" ASC işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan ordusuna öz dəstəyini göstərib.
FED.az xəbər verir ki, AtaSığorta” ASC tərəfindən Azərbaycan Ordusuna dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 30 000 manat həcmində vəsait ayrılmışdır.
Biz Birlikdə güclüyük! Zəfər bizimdir! Qarabağ Azərbaycandır!