Hər zaman müştərilərinə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərən “AtaSığorta” ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamenti fəaliyyətini yeni ünvanda davam etdirəcək.
FED.az biznes maliyyət portalı xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 135 ünvanında sığorta hadisələrinin tənzimlənməsi və vətəndaşların qəbulu həyata keçiriləcək.
Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin yeni ofisi müasir texnoloji avadanlıqlarla təmin edilmiş və müştəriləri qəbul etməyə tam hazır vəziyyətə gətirilmişdir. Ofisin rahat ünvanda yerləşməsi və yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcəkdir.
Qeyd edək ki, “AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verərək 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.
Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə şirkətin sığorta hadisələri üzrə Çağrı Mərkəzi olan *3600 24/7 rejimdə fəaliyyət göstərir.