Azərbaycan sığorta bazarına yeni məhsullar təqdim etməklə fərqlilik yaradan AtaSığorta 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün İncə Kasko adlı yeni məhsulunu təqdim edib.
Məhsul xanım müştərilərin hadisə zamanı maksimum rahatlıqlarını təmin edəcək bir sıra xidmətləri özündə birləşdirir.
Həmçinin, mart ayı ərzində şirkət tərəfindən xanımlara bütün könüllü sığorta növləri üzrə endirimlər təqdim olunacaqdır.
“AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verərək 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.
Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.