“AtaHolding”in sığorta şirkəti olan “Ata Sığorta” ASC-nin yeni rəhbərliyi açıqlanıb.
Eləcə də bax: “AtaSığorta”dan “Azərbaycan Sənaye Sığorta” şirkətinə transfer - YENİ TƏYİNAT
FED.az Banker.az-a istinadən bildirir ki, bununla bağlı 7 gün öncə səhmdarların ümumi yığıncağında Ağakərim Məlik-Aslanov Direktorlar Şurasına sədr seçilib. Səhmdarın bu qərarından öncə vəzifəni rəsmi olaraq Adıgözəl Ağayev tuturdu.
Adıgözəl Ağayev Direktorlar Şurasının üzvü, Zəfər Muxtarov isə müstəqil üzvü seçiliblər. A.Ağayev “AtaHolding”in Baş icraçı direktorudur.
Ağakərim Məlik-Aslanov – 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə ixitsası üzrə bitirmişdir. 2012–2013-cü illərdə Böyük Britaniyanın London şəhərində, London School of Business and Finance universitetində təhsil almışdır. Əmək fəaliyyətinə 2007–ci ildə bank sektorunda başlamışdır. 10 ildən artıq müddətdir ki, maliyyə sektorunda fəaliyyət göstərir. 2020–ci ilin may ayında “AtaSığorta” ASC-nin Direktorlar şurasının müstəqil üzvü təyin edilmişdir. 11.08.2020-ci il tarixli Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən “AtaSığorta” ASC-nin Direktorlar Şurasının Sədri vəzifəsinə təyin edilmişdir.
Ata Sığorta – 2004-cü ildə yaradılıb və 14.6 mln. manat nizamnamə kapitalı vardır. Kapitalının 100%-i AtaHolding-ə məxsusdur.