"Azərbaycan Sənaye Bankı" ASC-nin səhmdar tərkibində dəyişiklik olub. FED.az xəbər verir ki, “Azərbaycan Sənaye Sığorta” “Azərbaycan Sənaye Bankı”nın səhmdarlarının tərkibindən çıxıb.
Son məlumata görə, “Azərbaycan Sənaye Bankı”nın 60 milyon manatlıq nizamnamə fondunun 98,4252%-i "Anadolu İnvestment Kompani" MMC-yə, 0.5748%-i "Azərbaycan Sənaye Lizinq" MMC-yə və 1%-i Leyla Gozala məxsusdur.
Bundan əvvəl, “Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 94,2517 %-i “Anadolu İnvestment Kompani” MMC -yə, 5,1735 %-i “Azərbaycan Sənaye Sığorta” ASC-yə və 0,5748 %-i “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsus idi.