Gələn ildən etibarən "ASAN xidmət" mərkəzlərində icbari tibbi sığorta xidmətləri əldə etmək üçün xüsusi köşklər quraşdırılacaq.
FED.az xəbər verir ki, bu köşklər vasitəsilə vətəndaşlar müəyyən xidmətləri onlayn əldə edə biləcəklər. Məsələn, həkimlə konsultasiya xidməti. Bu xidmət vasitəsilə həkim tərəfindən hansı müayinələrdən keçməyə dair məlumatlar veriləcək. Ünsiyyət video-görüntü ilə həyata keçiriləcək.
Eləcə də bax: İcbari tibbi sığorta haqqı – 1 APRELDƏN YIĞILACAQ - RƏSMİ AÇIQLAMA
Vətəndaşların müraciətləri qeydə alınacaq və bu müraciətlərin icra statusu barədə məlumat əldə etmək mümkün olacaq.
Apa