Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) yeni konsepsiyasını açıqlayıb.
Eləcə də bax: Sığorta haqlarını ödəməyənlərin ölkədən çıxışına - QADAĞA QOYULACAQ
FED.az xəbər verir ki, bunu ASA-nın Müşahidə Şurasının sədri Azər Əliyev deyib.
Onun sözlərinə görə, yerli sığorta bazarının yeni mərhələdə dayanıqlı inkişafı üçün kifayət qədər potensial var və assosiasiya bu potensialın doğru dəyərləndirməsi istiqamətində sığortaçılara dəstəyini fundamental əsaslarla təşkil edəcək.
"Azərbaycan sığorta bazarı inkişaf yolunda sağlam addımlarla irəliləyir. Doğrudur, bütün dünya iqtisadiyyatları və müxtəlif sektorlarda olduğu kimi maliyyə institutunun əsas qolu olan sığorta sektoru da COVID-19 pandemiyasından bu və ya digər formada neqativ yöndə təsirləndi. Amma Azərbaycanda qurulan sağlam iqdisadi İnkişaf modeli və vaxtında həyata keçirilən priventiv tədbirlər nəticəsində sığorta bazarı daha böyük miqyaslı neqativ təsirlərdən yayına bildi", - deyə A. Əliyev qeyd edib.
O əlavə edib ki, növbəti mərhələdə, ilk növbədə, pandemiyanın yaratmış olduğu boşluqların doldurulması, bununla paralel dəyişən müştəri davranışları və yeni dönəm şərtlərinə adekvat fəaliyyətin tətbiqi sığortaçılar üçün başlıca prioritet olacaq. ASA yeni fəaliyyət konsepsiyasını məhz bu reallıqları nəzərə alaraq hazırlayıb.
"apa"