ASA-da həyat sığortasındakı mövcud vəziyyət müzakirə olunub.
Eləcə də bax: ASA: Azərbaycanda sığortaya inam azdır
FED.az xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının Həyat Sığorta Komitəsində seqmentin real vəziyyəti, mövcud problemlər və onların həlli yolları müzakirə edilib.
Azərbaycan Sığortaçılar Assosiasiyasının müşahidə şurasının sədri Azər Əliyev iclası giriş sözü ilə açaraq həyat sığortası bazarının inkişafına dair qanunvericilikdə mövcud olan boşluqların araşdırılmasını və həyat sığortasının inkişafı ilə əlaqədar yeni fikirlərin irəli sürülməsinin vacibliyini vurğulayıb. O, ipoteka kreditlərində ölüm riski hallarının sığortalanması və təminatın ödənilməsinin qanun çərçivəsində düzgün tənzimlənməsi məsələsinə də toxunub. Bu barədə COVID-19 pandemiyasının həyat sığortası üzrə məhsullara təsiri və bu məhsulların inkişafına dair digər məsələlər barədə iclasın iştirakçılarının ümumü fikirlərini toplayaraq Azərbaycan Mərkəzi Bankına təqdim etmək üçün Həyat Sığorta Komitəsinin fəaliyyəti çərçivəsində təkliflərin hazırlanması fikrini irəli sürüb.
Daha sonra komitə sədri və üzvlər tərəfindən həyat sığortası ilə bağlı həlli zəruri olan problemlər qabardılıb. Pandemiya dövründə təkrarsığortaçılarla yaranmış anlaşmazlıqlar və həyat sığortası məhsullarının alıcılıq qabiliyyəti və aktivliyinin təmin olunması məqsədi ilə maarifləndirmə işlərinin intensivləşdirilməsi məsələləri müzakirə olunub.
Yekunda, işıqlandırılan problemlərlə bağlı təkliflər layihəsinin hazırlanıb Azərbaycan Mərkəzi Bankına göndərilməsi qərara alınıb.