Məhkəmə çəkişmələri əlavə zaman və maliyyə itkisinə səbəb olmaqla yanaşı, sığorta bazarı iştirakçılarının reputasiyasına zərər vurur.
Sığorta şirkətləri ilə bağlı “şikayət indeksi”nin hazırlanması - TƏKLİF EDİLİR
FED.az xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev "Sığorta mübahisələrinin uğurlu həll yolları" adlı konfransda deyib.
"2021-ci ildə iqtisadi fəaliyyət sahələri üzrə qeydə alınmış məhkəmə işlərinin sayı 1 223 olub ki, bunun da 564-də digər istisna sahələrlə yanaşı sığorta sahəsi də yer alıb. Bu mənada qeyd etmək istəyirəm ki, Mediasiya Şurasının sığorta mübahisələrinin alternativ həlli mexanizmi kimi aktivləşdirilməsi həm bu sahədə məhkəmə işləri ilə bağlı 40 %-ə yaxın olan nisbətin kiçilməsinə, mübahisələrin ədalətli həllinə, sığorta savadlılığının daha dərindən formalaşmasına zəmin yaradacaq" - E. Mirsalayev əlavə edib. (Apa)