Azərbaycan bankları 3 ay ərzində texniki imkanlarını Mərkəzi Bankın həyat sığortası ilə bağlı təsdiqlədiyi son qaydalara uyğunlaşdırmalıdır.
FED.az xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliklərinin birgə təşkilatçılığı ilə keçirilən mətbuat konfransında ASA-nın icraçı direktoru Elmar Mirsalayev bildirib.
"Banklar kredit götürən fiziki şəxslərə sığorta xidməti ilə bağlı seçim imkanı verəcək, vətəndaşlara bütün sığorta şirkətlərinin qiymətlərini təqdim edəcək", - deyə o qeyd edib. (Report)