Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyində Həyat sığortası komitəsinin görüşü keçirilib.
FED.az ASA-ya istinadən xəbər verir ki, görüşdə qurumun sədri Mustafa Abbasbəyli və digər nümayəndələri, həmçinin komitənin üzvləri olan həyat sığorta şirkətlərinin təmsilçiləri iştirak edib.
Həyat sığortası komitəsinə “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta” ASC və “PAŞA Həyat Sığorta” ASC-lərdən müəyyən edilmiş üzvlərin təsdiqlənməsi və komitənin fəaliyyət istiqaməti ilə əlaqədar digər məsələlər müzakirə edilib. Həmçinin, həyat sığorta sahəsi üzrə müvafiq məsələlərin komitənin gündəliyinə əlavə edilməsi təklif edildi və mübahisəli hesab olunan hallar barədə fikir mübadiləsi aparılaraq tələb olunan hallarda müvafiq addımların atılması qərar alınıb.
Qeyd edək ki, bir müddət öncə ASA-nın nəzdindəki həyat, qeyri-həyat və hüquq komitəsinin yenidən təşkil olunmasına və komitə üzvlərinin müəyyən edilməsinə qərar verilib.