Bir müddət əvvəl Azərbaycan Sığortaçılar Assosiasiyasında(ASA) yaradılmış xüsusi monitorinq qrupunun fəaliyyətinin dayandırıldığı bildirilir.
Qeyd edək ki, bu qurum sığorta agentlərinə müxtəlif faiz dərəcəsi üzrə təklif olunan yüksək komissiyaların qarşısının alınması ilə bağlı yaradılmış monitorinq qrupu idi.
FED.az-a daxil olan məlumata görə, artıq qrupun bir neçə müddətdir ki, fəaliyyət göstərmədiyi bildirilir. Məsələ ilə bağlı FED.az saytına açıqlama verən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədr müavini Elsəvər Tanrıverdiyev bildirib ki, sığorta şirkətləri əməkdaşlıq etdiyi agentlərə müxtəlif faiz dərəcəsi üzrə yüksək komissiyalar təklifi ilə bağlı yaradılmış monitorinq qrupu hazırda bu sahədə heç bir iş aparmır. Lakin adı çəkilən monitorinq qrupu ləğv olunmayıb. E.Tanrıverdiyev bildirib ki, monitorinq qrupu hazırda sğortalıların daha da marifləndirilməsi üçün xüsusi işlər aparır. Əsas iş ağırlığı da məhz bu istiqamətə yönəlib.
Eləcə də bax: Sığorta bazarında zəlzələ - PALATADAN ŞİRKƏTLƏRƏ GÖSTƏRİŞ
Onun sözlərinə görə, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası komissiya faizləri ilə bağlı müvafiq tədbirlər görür. Məhz buna görə də artıq bazarda qeyri-leqal faizlər demək olar ki yoxdur. Ona görə də monitorinq qrupunun fəaliyyətinə hələ ki, biz lüzum yoxdur, - deyə assosiasiya rəsmisi vurğulayıb.
Xatırladaq ki, bir müddət öncə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBPN) sığorta haqqında qanuna əsasən, sığorta agentlərinə çatacaq komissiyanın 15% dən çox, faiz xərclərinin isə 5% dən artıq olmaması barədə tələbi şirkətlərə xatırlatmışdı.
ASA-da yaradılmış monitorinq qrupu ləğv edilib?
16:32
13 May 2019