FED.az xəbər verir ki, "AS PROF GROUP" işçi axtarır.
Korporativ hüquqşünas
Əmək haqqı 800-1000 AZN
Şəhər: Bakı
Vəzifə üzrə əsas öhdəliklər
• Müəssisənin fəaliyyətinin qanunvericiliyə əsasən həyata keçirilməsini təmin etmək.
• Müəssisənin fəaliyyətinin normativ bazasının yaradılması işini təşkil etmək. Daxili normativ sənədlərin hazırlanması və hazırlanmasına nəzarət.
• Müəssisənin müqavilə tərtibat işinin, iddia və tələblər üzrə işlərinin təşkili.
• Müəssisənin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək.
• Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək.
• Müəssisənin struktur bölmələrinə və işçilərinə hüquqi məsələlər üzrə göstərişlərin və məsləhətlərin verilməsi.
• Aidiyyəti sahələr üzrə, o cümlədən mülki, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqi
Namizədə aid tələblər:
- Hüquq elmləri üzrə ali təhsil;
• Hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi;
• Dil bilikləri: Rus və ingilis dili yüksək səviyyədə;
• Yaş məhdudiyyəti: 33 yaş – 55 yaş.
Namizədlərədən [email protected] elektron ünvanına mövzü bölməsində Korporativ Hüquqşünas qeyd etməklə müraciət etmələri xahiş olunur.