Azərbaycanda aqrar sığorta üzrə yığımar kəskin azalıb, zərərlilik isə artıb. FED.az bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının sığorta sektoru ilə bağlı statstikasına istinadən xəbər verir.
Eləcə də bax:Azərbaycanda aqrar sığortanın işə düşmə - VAXTI MƏLUM OLDU
2019-cu ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatı heyvanların sığortası üzrə yığımlar 1 milyon 131 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 639 min manat və ya 36,10% azdır.
FED.az xəbər verir ki, bu növdə sığorta ödənişləri 768 min manat olub ki, bu 2018-ci ilin eyni dövrü ilə müqayisədə 234 min manat və ya 43,77% çoxdur.
Nəticədə kənd təsərrüfatı heyvanların sığortası üzrə zərərlilik kəskin artıb. Bu sahədə ödəniş/yığım nisbəti 67,86%-ə yüksəlib, ötən il bu göstərici 30,19% təşkil edirdi.
Bitkilçilik məhsullarının sığortasında yığımlar ilk 10 ayda 167 min manat təşkil edib. Bu il bu sığorta növü üzrə ödənişlər olmayıb. Ötən il isə bu sığorta növlərində yığımlar 633,8 min manat təşkil edib. Başqa sözlə, bu sahədə 3,77 dəfə azalma var.
Ötən il bitki məhsullarının sığortasına görə,64,4 min manat təşkil edib. Ödəniş/zərər nisbəti 10,16% təşkil edib. Bu il isə həmin sahədə ödəniş edilməyib, zərərlilik sıfırdır.