Aqrar Sığorta Fondu fermerlərə 9 milyon manat sığorta ödənişi edib
Heyvandarlıq sığortası üzrə ödənişlər - 3,2 MİLYON MANATI KEÇDİ
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan sərfəli aqrar sığorta mexanizmi fermerlərin zərərlərdən qorunmasında ciddi rol oynayır. 2025-ci ildə fermerlərə edilən zərər ödənişləri kəskin artıb.
FED.az xəbər verir ki, Aqrar Sığorta Fondunun məlumatına görə, ötən il ölkənin müxtəlif ərazilərindəki fermer və təsərrüfatlara ümumilikdə 9 milyon 147 min manat sığorta ödənişi edilib.
Bu əvvəlki ildə edilmiş ödənişlərlə müqayisədə 2,7 milyoln manat və ya 43% artıqdır.
2025-ci ildə həyaat keçirilən sığorta ödənişlərinin 8 milyon 753 min manatı bitkiçilik, 394 min manatı isə heyvandarlıq sığortasının payına düşüb. Bu il ödənişlərin əsas hissəsi meyvə bağları - şaftalı, nektarin, badam, taxıl, qarğıdalı və sair bitkilərə aid olub.
Ümumilikdə, 2020-ci ildə fəaliyyətəə başlayandan indiyədək Aqrar Sığorta Fondu tərəfindən 22,6 milyon manat sığorta ödənişi həyata keçirilib.
Fond fermer və təsərrüfatlara 2021-ci ildə 200 min manat, 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ildə 6,4 milyon manat ödəniş həyata keçirib.
Xatırladaq ki, aqrar sığorta əkin sahələrini, meyvə bağları və sair təsərrüfatları təbiət hadisələri, dolu, sel-subasma, fırtına-qasırğa, yanğın, şaxtavurma, leysan, yoluxucu xəstəliklər, ilan və həyşarat sancması, zəhərlənmə, və sair risklərdən qoruyur.
Fermerlərə dəstək məqsədilə sığorta haqqının yarasını dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatları sığorta edə bilərlər.
Sığortalanma prosesini asanlaşdırmaq üçün isə fermerlərin sığorta ödənişini “AsanPay” sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə «Bitkiçilik kalkulyatoru» vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.











