Nazirlər Kabineti «Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi»ni təsiqləyib.
FED.az xəbər verir ki, bu qərar 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minir.
Eləcə də bax: Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi məlum olub - QƏRAR
Aqrar sığorta predmetləri üzrə risklərin tərkibi aşağıdakılardır:
1. təbii fəlakətlər:
1.1. zəlzələ;
1.2. torpaq sürüşməsi;
1.3. qasırğa;
1.4. fırtına;
1.5. dolu;
2. yanğınlar;
3. bitki xəstəlikləri və zərərvericiləri;
4. yoluxucu xəstəlik və zəhərlənmələr:
4.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı”na və 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə, həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları”nda göstərilmiş karantin və xüsusi təhlükəli yoluxucu (ekzotik) xəstəliklərin siyahısına daxil olan xəstəliklər istisna olmaqla, digər yoluxucu heyvan xəstəlikləri nəticəsində ölüm;
4.2. ilan və ya həşərat sancması nəticəsində ölüm;
4.3. zəhərli otlar və yemlərdən zəhərlənmə nəticəsində ölüm;
4.4. kütləvi zəhərlənmələr nəticəsində ölüm;
5. vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu;
6. üçüncü şəxslərin hərəkətləri.
Qərara əsasən, hər il bu siyahı ilə müəyyən edilmiş risklərin sırasından seçilən və təminat verilməsi nəzərdə tutulan risklər üzrə sığorta məhsulları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində dərc edilir.