Azərbaycanda fəaliyyət göstərən yeganə ixtisaslaşmış aqrar sığortaçı – «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-nin 2022-ci ildə gəlirləri və mənfəəti aşağı düşüb.
Aqrar Sığorta Müştərək Sığorta Şirkəti - HESABATINI AÇIQLADI
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə «Aqrar Sığorta Şirkəti»nin cəmi gəlirləri 17,5 milyon manat, cəmi xərcləri 17,3 milyon manat olub.
2021-ci illə müqayisədə şirkətin cəmi gəlirləri 14,5 dəfə artıb – 2021-ci ildə şirkətin cəmi gəlirləri 1,2 milyon manat olmuşdu.
Şirkətin cəmi xərcləri isə əvvəlki illə müqayisədə 29 dəfə artıb -2021-ci ildə 630 min manat olmuşdu.
2022-də «Aqrar Sığorta Şirkəti»nin gəlirlərinin 13,7 milyon manatını toplanmış sığorta haqları, 2,4 milyon manatını sığorta ödənişlərində təkrar sığortaçının payı təşkil edib. Bundan başqa, «Aqrar Sığorta» təkrar sığortaçıya verilən müqavilələrdən 1,1 milyon manat komissi ya haqqı qazanıb.
Şirkətin dövlət istiqrazlarına yatırdığı təqribən 600 min manat isə ona 100 min manata yaxın gəlir gətirib.
İlin sonuna şirkətni depozit hesablarında 1,1 milyon maat toplanıb.
2022-ci ildə «Aqrar Sığorta Şirkəti»nin cəmi xərcləri 17,3 milyon manat olsa da, bunun cəmi 14%-i sığorta ödənişləri olub – 2,4 milyon manat.
Əsas xərclər həyati əhəmiyyətli maddəyə – təkrar sığortaçıya ötürülən risklərə görə ödənilən təkrar sığortahaqlarıdır – şirkətin xərclərinin 80%-i və ya 13,8 milyon manat bu istiqamətə sərf edilib.
«Aqrar Sığorta Şirkəti»nin saxlanması isə ildə 1 milyon manata başa gəlib.
Nəticədə «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC 2022-ci ili 215 min manat maliyyə mənfəəti ilə, 45 min manatlıq mənfəət vergisi ödənişindən sonra isə 170 min manatlıq xalis mənfəətlə tamamlayıb.
Bu şirkətin hələ tam gücü ilə fəaliyyətə başlamadığı 2021-ci illə müqayisədə 3 dəfə azdır.
2022-ci ildə «Aqrar Sığorta»nın cəmi aktivləri 2,2 milyon manat artaraq 12,2 milyon manatdan 14,4 milyon manata yüksəlib. Eyni dinamika ilə şirkətin öhdəlikləri də 2,2 milyon manat artaraq 9,7 milyon manatdan 12 milyon manata yüksəlib.
Şirkətin kapitalı isə əksinə 125 min manat 2 milyon 505 min manatdan 2 milyon 381 min manata enib.