“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, səhmdarlarının növbədənkənar ümumi yığıncağı martın 30-da, saat 10:00-da keçiriləcək. Yığıncaq “Zoom” proqramı vasitəsi ilə onlayn olacaq.
Yığıncağın gündəliyinə şirkətin 2020-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi və digər məsələlər daxildir.