Azərbaycanın aparıcı sığorta şirkəti olan “Azsığorta” ASC-nin reytinqi dəyişməyərək, “B” səviyyəsində qalıb. Bu barədə “Fitch” reytinq şirkətinin noyabrın 30-da çıxan qərarında qeyd olunub.
“Azsığorta” ASC-nin İdarə Heyətinin Sədri Anar Talıbov qərarı şərh edərkən bildirib ki, “Fitch” reytinq şirkətinin qərarında “Azsığorta” ASC-nin reytinqində hər hansı bir dəyişiklik olmadığı qeyd olunur. Sadəcə olaraq proqnoz dəyişikliyi olub və bu müvəqqəti haldır. Yeni ildən etibarən şirkətin yeni biznes strategiyası üzrə işlərə başlanılacaq və tez bir zamanda şirkətin müsbət proqnozu bərpa olunacaq.
“Azsığorta”-nın növbəti 3 il üçün qəbul etdiyi biznes strategiya dicitallaşma vasitəsilə əməliyyat xərclərinin azalması, rentabelliyin artması və müştəri loyallığı səviyyəsinin yüksəlməsi ilə bazar payının artırılmasını nəzərdə tutur.
Yeni biznes strategiyası ilə yanaşı hazırda şirkətin səhmdarları tərəfindən böyük dəstək var və artıq “Azsığorta”nın maliyyə dayanıqlığının gücləndirilməsi prosesi gedir. Həmçinin yeni ildən etibarən yeni və innoativ xidmətlər təklif olunacaq. Yaxın zamanlarda isə “Azsığorta” müştəri məmnuniyyətinin artırılması istiqamətində yeni layihələrini təqdim edəcək.
Qeyd edək ki, “Azsığorta” ASC Azərbaycan sığorta şirkətləri arasında beynəlxalq reytinqə malik olan iki şirkətdən biridir.
“Azsığorta” ASC 2006-cu ildən fəaliyyət göstərir. Şirkət Azərbaycanın bütün regionlarında filiallar və nümayyəndəliklərlə təmsil olunub. 2011-ci ilin dekabr ayından etibarən isə İcbari Sığorta Bürosunun üzvüdür.