Bu gün Azərbaycan sığorta bazarının tanınmış və peşəkar TOP menecerlərindən olan “A-Group” sığorta şirkətinin İdarə Heyətinin sədri Anar Bayramovun ad günüdür. Belə ki, 22 may tarixində A.Bayramovun 44 yaşı tamam olur.
Qeyd edək ki, A.Bayramov zəngin təhsilə malik bir peşəkar kadr kimi tanınır. O, 1997-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. Daha sonra təhsilini davam etdirərək 2004-2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini uğurla bitirirək maliyyə üzrə magist (MBA) dərəcəsi alıb.
Tibb üzrə fəlsəfə doktoru olan A.Bayramov 20-dən çox elmi məqalənin və 2 səmərələşdirici təklifin müəllifidir.
A.Bayramov Azərbaycan sığorta bazarının ən təcrübəli və peşəkar sığortaçısı kimi tanınır, və maliyyə sektotunda 17 ildən çox təcrübəyə malikdir. O, 2002-ci ildən “A-Group” sığorta şirkətinin İdarə Heyətinin sədrinin müavini, 2004-cü ildən isə İdarə Heyətinin sədri vəzifəsində çalışır.
Bundan başqa, cənab Bayramovun ictimai fəaliyyəti də nəzərimizdən qaçmayıb. Belə ki, o 2012-ci ildən 2017-ci ilədək CEIBC maliyyə qurumunun prezidenti olub. 2017-ci ildən “Caspian European Club”un sığorta komitəsinin rəhbəridir.
A.Bayramov “tibbi sığorta”, “səhiyyədə islahatlar”, “liderlik” və digər mövzularda Almaniya, ABŞ, Fransa, Rusiya, Macarıstan, Çexiya, Rumıniya, Sloveniya və digər ölkələrdə keçirilən beynəlxalq səviyyəli konfrans və seminarların iştirakçısı olub.
FED.az komandası olaraq, Anar müəllimi təbrik edir, ona işlərində yeni uğurlar arzulayırıq.
Anar Bayramov üçün - ÖZƏL GÜN
12:15
22 May 2019