Bir qədər əvvəl fəaliyyətini dandıracağını elan etmiş «Amrahsığorta» müştərilərinə müraciət edib.
Şirkətdən FED.az-a verilən məlumata görə, «Amrahsığorta» ASC-nin Səhmdarlarnın Ümumi yığıncağının 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən, «Amrahsığorta» ASC –nin fəaliyyəti könüllü qaydada dayandırılır.
"Bununla bağlı, Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunun 108.3-cü maddəsinə əsasən şirkətdə ləğvetmə komissiyası yaradılıb. Komissiya, ləğvetmə prosesinə uyğun olaraq, «Amrahsığorta» şirkəti ilə sığorta müqaviləsi qüvvədə olan Sığortalıların 60 gün müddətində «Amrahsığorta» ASC-nin Bakı şəhəri, 28 May küçəsi, ev 21A ünvanındaki ofisə yaxınlaşaraq, müqavilələrinin ləğv edilməsi dair qeydiyyata düşmələrini xahiş edilir".-deyə müraciətdə bildirilir.
Əlavə olaraq, «Kasko butik»in yeganə tərəfdaşı «Amrah Sığorta» şirkətinin olmasını nəzərə alaraq, «Kasko butik»-də sığortalanmış müştərilərin də yuxarıda qeyd olunan ünvana müraciət etmələrini xahiş edilir.