“Amrah Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) üzvləri dəyişib.
Əmrah Yunis oğlu İldırımzadə və İlqar Yasin oğlu Yusifov DŞ-nı tərk edib.
ELƏCƏ DƏ BAX: “Expressbank”da geniş struktur dəyişikləri və təyinatlar olub
Onları Ülvi Yunis oğlu İldırımzadə və Şahin İsa oğlu Quliyev əvəz edib.
DŞ-nın sədri isə Yunis Əli oğlu İldırımzadə qalıb.
Xatırladaq ki, "Amrah Sığorta" 1993-cü ildə "Dəniz Biznes" adı ilə yaradılıb, 2013-cü ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 5 mln. manatdır. Şirkətin səhmlərinin 85%-i Y.İldırımzadəyə ("Amrahbank" ASC-nin 53,16%-lik səhmdarı, Bankın Müşahidə Şurasının sədri), 15%-i isə Ə.İldırımzadəyə ("Amrahbank"ın 0,33%-lik səhmdarı) məxsusdur.