ASC “Standard Insurance” Sığorta Şirkətinin maliyyə vəziyyəti uzun müddətdir ki, pisləşmişdir. Azərbaycan Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank sığorta sektorunun maliyyə vəziyyətinin qiymətləndirilməsinə başlamışdır.
Eləcə də bax: Mərkəzi Bank sığorta şirkətinin lisenziyasını - LƏĞV ETDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın bu gün adıçəkilən sığorta şirkətinin ləğv edilən lisenziyası ilə bağlı şərhində deyir.
Qiymətləndirmə çərçivəsində Şirkətin məcmu kapitalı tələb olunan səviyyədən xeyli aşağı olduğu müəyyən edilmiş və kapitalın tam bərpası üçün Şirkətin rəhbərliyi ilə müzakirələr aparılmışdır. Lakin, səhmdarlar tərəfindən Şirkətin kapitalının tam bərpası üçün konkret plan təqdim edilməmişdir. ASC “Standard Insurance” Sığorta Şirkətinin səmərəlilik göstəriciləri də xeyli aşağıdır və Şirkət son iki ili zərərlə başa vurmuşdur.
Xatırladaq ki, 2002-ci ildə yaradılan “Standard Insurance” 12 milyon manatlıq səhmləri “AB Standard” şirkətlər qrupuna məxsus idi.