Azərbaycanda bank sektorunun imkanlarından istifadə edərək sığorta inklüzivliyinin artırılması əsas hədəflərdən biridir.
11 sığorta şirkətinin ödənişlərində artım baş verib
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") təşkilatçılığı ilə Bakıda keçirilən "Bank və sığorta sektorlarının inteqrasiyası" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə dünyada "Bancassurance" (bankdan asılı sığorta) bazarının ümumi məbləği 1,4 trilyon ABŞ dolları olub, 2030-cu ilə qədər isə 2 trilyon ABŞ dollarını ötəcəyi gözlənilir: "Bir sıra ölkələrdə "Bancassurance" daha sürətlə inkişaf edən seqmentdir. Bu seqmentin potensialından istifadə edilməsi bizim strateji hədəfimizdir. Nəzərə alaq ki, ölkəmizdə bank əsaslı maliyyə sistemi mövcuddur. Banklar dominant oyunçulardır. Maliyyə sektorunun 94 %-i bank sektorundan ibarətdir". (Report)











