Sığorta sektoru 81 milyon manat mənfəət əldə edib.
FED.az xəbər verir ki, bu fikri Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov təqdimat zamanı səsləndirib.
O bildirib ki, 2025-ci ilin birinci yarısında sığorta sektoru 81 milyon manat məbləğində mənfəət əldə edib. Direktor əlavə edib ki, sığorta sektorunun aktivləri 4,5% artaraq 2,1 milyard manatı ötüb, investisiyaların həcmi isə 5,6% artaraq 1,8 milyard manata çatıb. Eyni zamanda, sığorta haqları 12,7% artaraq 817 milyon manata yüksəlib. Bu haqların 58%-i həyat, 42%-i isə qeyri-həyat sığorta növləri üzrə formalaşıb.