Sığorta sektorunda ən yüksək zərərlik əmsalı icbari avtosığorta üzrədir və bu əmsal 80 % təşkil edir.
Avtomobillərin könüllü sığortası üzrə 13 milyon manat ödəniş edilib
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə 2024-cü ilin ilin ilk yarım ili üzrə keçirilən Maliyyə Sabitliyi hesabatının təqdimatında deyib.
O bildirib ki, bu göstərici qlobal göstəricilərlə müqayisədə adekvat göstəricidir.
Ş.Mahmudzadə əlavə edib ki, zərərlərin birbaşa tənzimlənməsinin tətbiqinə başlanmasından sonra avtomobillərin icbari sığortası ilə bağlı şikayətlər nəzərəçarpacaq dərəcədə azalıb. (Apa)