Süni intellekt əsaslı nəzarət modelləri yaxın gələcəkdə sığortanın yeni standartları olacaq.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025" tədbirində çıxışı zamanı bildirib.
“Data mühəndisliyinə əsaslanan avtomatlaşdırılmış qiymətləndirmələr sığortaçılara daha dəqiq, ədalətli və çevik xidmətlər təklif etməyə imkan yaradır. Bütün bunlar müştəri loyalığını artırır, əməliyyat xərclərini azaldır və sığortanın davamlı inkişafına töhfə verir. Azərbaycanın sığorta bazarında “Inshurtech”lərin tətbiqi, tənzimləyici “sendbox” rejimləri, rəqəmsal transformasiyanın yerli və qlobal bazarlara təsirləri requlyator olaraq AMB-nin daim diqqət mərkəzindədir. Məqsəd beynəlxalq trendləri izləməklə bərabər, onları yerli reallıqlara uyğunlaşdırılaraq ölkəmizdə tətbiqi üçün sığorta sektoruna şərait yaratmaq, istehlakçıların tələblərinə uyğun sığorta məhsullarına çıxışı təmin etməkdir”, - deyə baş direktor qeyd edib.














