Ləğv prosesində olan "AtaSığorta" ASC-nin aktivləri onun öhdəliklərini qarşılamağa imkan verir.
Mərkəzi Bank “AtaSığorta”nın lisenziyasını ləğv edib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
"Aparılmış hesablamalara əsasən sığorta müqavilələri portfeli "Atəşgah Sığorta" ASC-yə ötürüldükdən sonra mövcud aktivlər öhdəlikləri qarşılamağa kifayət edəcək", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, AMB "Atasığorta"nın lisenziyasını ötən həftə ləğv edib. (Report)















