“Əmanətlərin tam sığortalanması sistemi bütün ölkələrin tətbiq etdiyi bir sistemdir”.
Eləcə də bax: Elman Rüstəmov parlamentə gəldi - Mühüm Məsələlər Müzakirə Edilir
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, iqtisadi böhran dövründə bank sektoru ikitərəfli təzyiq altında qalır “Böhran dövründə bu sektora maliyyə axınları zəifləyir. Hesab edirik ki, əmanətlərin tam sığortalanması sisteminin tətbiqi ciddi nəticələrə gətirib çıxarıb. “Əmanətlərin tam sığortalanması haqqında” qanuna arxalanaraq bank sektorunun sağlamlaşdırılmasını tam şəkildə həyata keçirə bildik. Zəif banklar bazardan uzaqlaşdırılıb. Bu il bağlanmış 4 bankın 43 min əmanətçisinə 1,3 milyard manat kompensasiya ödənilib. Əmanətçilər banklara nəzarət etməlidirlər və edirlər". (Report)