Sığorta sahəsində müstəqil ekspertlər Türkiyədə təcrübə keçəcək.
Azərbaycanda "Yaşıl Kart"la bağlı birdəfəlik ödəniş və sığorta haqları - MÜƏYYƏN EDİLDİ
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev deyib.
O bildirib ki, müstəqil sığorta ekspertinin peşəkarlıq səviyyəsinə əmin olmaq üçün tələblər müəyyən ediləcək: "Ekspertlər Dövlət İmtahan Mərkəzində imtahan verəcək. Onların peşəkarlığının artırılması üçün əlavə təlimlər təşkil ediləcək. Təlimlərlə bağlı Türkiyə Müstəqil Ekspertlər İnstitutu ilə əməkdaşlıq edilə bilər. Qiymətləndiricilərin təcrübələrini artırmaları üçün Türkiyəyə göndərilməsi də nəzərdə tutulub. Bu isə bizə imkan verəcək ki, bizdə olan siyahıda həqiqətən peşəkar qiymətləndirici kontingentini müəyyən edək. Onların peşəkarlığına əmin olduqdan sonra yeni qayda ilə qiymətləndiricilərin seçim proseduru olacaq".
Z. Əliyev həmçinin, müstəqil sığorta ekspertlərinin seçimi ilə bağlı gələn ildən dəyişiklərin olacağını əlavə edib: "Hazırda Mərkəzi Bankda müstəqil eksperlərin reyestri var və tərəflərin razılığı ilə siyahıda olan ekspertlərindən biri seçilir və qiymətləndirməni həyata keçirir. Təklifimiz ondan ibarətdir ki, bizdə olan siyahıdan üç müstəqil ekspert sığortalı tərəfindən müəyyən edilib seçilsin, bunlardan birini isə sığorta şirkəti seçsin. Beləliklə, müstəqil ekspertin seçilməsində hər iki tərəf iştirak edir, hər iki tərəfin seçimi diqtə etmək imkanı yaranmır. Belə bir təcrübə əsasında mexanizm təklif etmişik. Qanunvericiliyə dəyişiklik olduqdan sonra bu mexanizmi tətbiq edə biləcəyik. Bu da ekspertin seçilməsi məsələsini yaxşılaşdıracaq. Gələn ilin birinci yarısında qanuna dəyişiklərin olacağını gözləyirik". (Apa)