Sığorta çox vacib bir məqamdır. Normalda sığorta insanların çoxda xəbərdar olduğu mövzu deyil. Çox insanın sığorta haqqında məlumatı yoxdu. Təəssüf olsun ki, sığortanən əhəmiyyətini çoxları başa düşmür.
FED.az xəbər verir ki, bunu Almaniyanın Löven Katolik Universitetinin professoru Karel Van Hulle Bakıda keçirilən Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, sığorta iqtisadiyyatın inkişafı baxımından da çox vacibdir. Hər hansı bir problem ortaya çxıanda sığorta bu problemin uzunmüddətli həll yolunu təmin edir. Tibbi sığorta olmasa insanlar yaşa dolduqca sağlam yaşaya bilməyəcəklər.
Hər il təbii fəlakətlər baş verir və bu fəlakətlərin tək həll yolu var, o da sığortadır. Biz bütün insanları bir sığorta çətiri altında yığmalıyıq. Biz insanları düzgün məhsullar ilə sığortaya təşviq etməliyik. Sığorta innovativ və yaradıcı bir biznes olmalıdır. Siz əgər yaxşı inkişaf etmiş sığorta bazarına məxsus olmaq istəyirsinizsə sığorta bazarını yaxşı tənzimlənməlisiniz.
"Azərbaycanda biz onu gördük kü, azərbaycanlılar düşünürlər ki, biz sığorta sahəsində qarşımıza çıxan riskləri və problemləri necə həll edə bilərik. Azərbaycanda da sığorta sahəsində boşluqlar var. Həmin risklərə təbii fəlakətləri misal gətirə bilərəm. Getdikcə təbiət hadisələrin də sayı artır və dünyada zərərin yalnız 1/3-i sığorta hesabına qarşılanır. Bu, sel, zəlzələ, fırtına və ya digər təbiət hadisələrində insanların çətin vəziyyətdə qalması deməkdir. Qeyd etdiyim məsələ sığorta sahəsində böyük problemdir və həlli üçün sığorta bazarını genişləndirmək lazımdır. Daha çox insanın sığorta çətiri altında toplaşmasını təmin etməliyik. Bizim riskləri düzgün sərmayə ilə uzlaşdıran sistemə ehtiyacımız var." deyə Karel Van Hulle diqqətə çatdırıb.