Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarı ilə lisenziyası ləğv edilmiş “Alfa Sığorta” ASC-nin kreditorlarının ikinci növbə tələbləri üzrə ödənişlər 24 may tarixində həyata keçirilərək yekunlaşıb. Palatadan FED.az-a verilən məlumata görə, ikinci növbə ödənişlər şəxsi sığorta növləri üzrə sığorta hadisələri nəticəsində dəymiş zərərlərə aid olaraq 44 nəfərə ödənilib.
Eləcə də bax: Tural Poladova "Dövlət Sığorta Şirkəti"ndə vəzifə verildi
Kreditorların tələblərinin birinci növbə üzrə sığorta ödənişləri “İcbari Sığortalar haqqında” Qanuna əsasən İcbari Sığorta Bürosu tərəfindən qarşılanıb.
Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə “Alfa Sığorta” ASC müflis elan edilmiş və onun iflası proseduruna başlanılmışdır. Bu müddət ərzində ləğv prosesində olan “Alfa Sığorta” ASC-nin kreditorlarının tələblərinin reyestri tərtib edilmiş və məhkəmə tərəfindən təsdiq edilmişdir. Məsələyə yekun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmışdır.
Eləcə də bax: «AXA Mbask»ın yeni rəhbəri məlum oldu
Hazırda sığorta şirkətinin ləğvetmə prosesi davam edir.