Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedcisi olduğu bankların kreditorları üçün xüsusi platforma yaradıb.
Eləcə də bax: ADIF: "Əmanətlərin 99%-i sığortalıdır"
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə qurumun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi məlumat verib.
Onun sözlərinə görə, platforma vasitəsi ilə kreditorlar mütəmadi olaraq bankların ləğv prosesi barədə məlumatlarla təmin ediləcəklər. Məqsəd ləğvetmənin effektiv həyata keçirilməsidir.
"Fond kreditorları həm də mobil tətbiqlər vasitəsi ilə məlumatlandırmaq istəyir. Məlumatlandırma qarşılıqlı olmalıdır. Kreditorlar da ləğvetmə Fonda barədə məlumat verə biləcəklər", - C.Rayi qyed edib.
Bundan başqa, ADIF rəsmisi deyib ki, Fond bağlanmış bankların balansında olan daşınar əmlakların satışı üçün elektron hərrac platforması yaradıb. Məqsəd əmlakların sürətli satışının təşkil edilməsidir.