Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan “A-Qroup Sığorta Şirkəti” ASC-nin səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək.
FED.az Şirkətə istinadən xəbər verir ki, cari ilin aprel ayının 14-də keçiriləcək ümumi yığıncağın gündəliyində bir məsələ müzakirə ediləcək ki, buda şirkətin hüquqi ünvanının dəyişdirilməsidir. Ümumi yığıncaq Bakı şəhəri, R.Behbudov küçəsi 87A.ünvanında keçiriləcək.
Telefon- *0909, (012) 377 09 09
Xatırladaq ki, “A-Qrup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.