Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan, əsasən tibbi sığorta üzrə ixtisaslaşmış «A-Qrup» sığorta şirkəti 2021-ci ili mənfəətlə başa vurub.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il şirkətin gəlirləri 20 528 min manat, xərcləri 19 262 min manat təşkil edib.
Gəlirlərin əsas hissəsini toplanan sığorta haqları təşkil edib – 19 720 min manat,
Bundan başqa, şirkət 102 min investisiya gəlirləri 114 min subroqasiya gəliri əldə edib.
2021-ci ildə «A-Qrup» 11 740 min manat sığorta ödənişi edib. 1,1 milyon manat sığorta haqqı qaytarıb, təkrar sığortaçılara 264 min manat ödəyib.
2021-ci ildə şirkət işlərin aparılmasını 3 591 min manat xərcləyib.
Nəticədə ilin sonuna xalisə mənfəət 1 milyon 13 min manat təşkil edib. Xatırlazaq ki, 2020-ci ildə «A-Qrup»un xalis mənfəəti 2 813 min manat olmuşdu.
2021-ci ilin sonuna şirkətin aktivləri 25,4 milyon manat təşkil edib – 2020-ci ilin sonunda bu göstərici 28,3 milyon manat idi.
Şirkətin öhdəlikləri də azalaraq 14 147 min manatdan 13 057 min manata enib.
«A-Qrup»un kapitalı 2021-ci ildə 14,1 milyon manatdan 12,3 milyon manata enib.